Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO), Çinin Şaansi vilayətinin Kommersiya Departamentinin təşkilatçılığı, AR TSP-nin əməkdaşlıq etdiyi “Huahe İnternational” konsaltinq şirkətinin icrası ilə 5 iyul 2019-cu il tarixində Bakıda Azərbaycan-Çin Biznes-Forumu keçirildi. Forumda İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov, Çinin Azərbaycandakı Səfirliyinin iqtisadi məsələlər üzrə müşavirı Van Çunqan, Çinin Sian şəhəri merinin müavini Qao Qao, Şaansi vilayətinin Kommersiya Departamentinin direktor müavini Tan Yuqan  Azərbaycan Çin əməkdaşlığının inkişaf istiqamətləri barədə danışıblar. Sonra AZPROMO-nun rəhbəri vəzifəsini icra edən Yusif Abdullayev Azərbaycanın, Çin nümayəndələri isə ölkələrinin Çanba, Baylin, Yanlyan regionlarının biznes və investisiya mühitinə dair təqdimatlarla çıxış ediblər.

   Forumda iştirak edən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının vitse-prezidenti Nazim Tatliyev Çin rəsmiləri ilə görüşərək iki ölkə arasında iqtisadi münasibətləri, qarşılıqlı əməkdaşlıq məsələlərini və s. müzakirə ediblər.

   Tədbirin sonunda Azərbaycanın “ADY Konteyner” MMC və Çinin “Xi’an Continental Bridge International Logistics Co. Ltd” şirkəti arasında konteyner daşımaları üzrə müqavilə, Azərbaycanın “Kat Holding” və Çinin "Sian Maliyyə Holdinqi", Azərbaycanın “Mergury Group” MMC və Çinin “Çanba” ticarət şirkəti arasında əməkdaşlıq memorandumları imzalanıb.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın