Avropa Palataları Assosiasiyasının (EUROCHAMBRES) Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində həyata keçirilən EU4BCC:Connecting Companies layihəsinin təşəbbüsü ilə Şərq Tərəfdaşlığı ölkələrində (Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Ukrayna) fəaliyyət göstərən Ticarət və Sənaye Palataları, eyni zamanda biznesə dəstək göstərən (BSO) təşlkilatlar üçün 17-24 mart 2024-cü il tarixlərində Belçikanın Brüssel şəhərinə Açıq Qapı Mobilliyi adlı işgüzar təhsil səfəri baş tutdu. İşgüzar təhsil səfərində Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Ticarət və Sənaye Palatası, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası və Azərbaycanda Qadın Sahibkarlığının İnkişafı Assosiasiyasının rəsmi nümayəndələri iştirak etdilər.

Səfərin əsas məqsədi Avropada fəaliyyət göstərən şirkət və müəssisələr ilə əməkdaşlıq prosesinin mərhələləri və Avropa Palataları Assosiasiyasının iş prinsiplərinin izahı, kiçik və orta sahibkarlar üçün Avropa standartlarının və vahid Avropa bazarının incələnməsi, lobbiçilik, eyni zamanda şəbəkələşmənin genişləndirilməsindən ibarət idi. Səfər çərçivəsində Avropa Parlamentinə, Brüssel Ticarət və Sənayə Palatasına, Euratex, Copa-Cogeca, ECTAA - tekstil, kənd təsərrüfatı və turizm sahələrində fəaliyyət göstərən biznesə dəstək təşkilatlarına səfərlər təşkil olundu. Seminarlar, treyninqlər, interaktiv müzakirələrlə davam edən təhsil səfəri nümayəndələrin AB-nin genişləndirilməsi: Biznes perspektivləri konfransında iştirakı ilə işini dava etdirdi. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının rəsmi nümayəndəsi konfrans çərçivəsində Avropa Palataları Assosiasiyasının prezidneti Vladimir Doluhy, Türkiyə Palatalar və Birjalar Birliyinin (TOBB) prezidenti Rifat Hisarcıklıoğlu, eyni zamanda, Gürcüstan və Ukrayna Ticarət və Sənaye Palatalarının prezidentləri ilə görüşdü.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın