Sloveniyadakı sərgilər və işgüzar missiyalar Avropa İttifaqı bazarlarına effektiv girişdir

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası ölkədə fəaliyyət göstərən şirkətləri Sloveniyaya təşkil olunan biznes missiyalarda iştirak etməyə dəvət edir.

Sloveniyada keçiriləcək biznes-missiyalarda iştirak etmək şirkətin, malların və xidmətlərin Avropa İttifaqı bazarına təşviqi üçün olduqca əlverişli vasitədir. 

Biznes-missiyada iştirak zaman sizin şirkətiniz iqtisadiyyatın müxtəlif istiqamətlərində fəaliyyət göstərən iri miqyaslı Avropa şirkətlərinin, eyni zamanda Sloveniyada daşınmaz əmlak sahəsinin ölkəmizdə rəsmi nümayəndəsi olmaq və  təmsil etmək, B2B görüşlər keçirmək, Sloveniya, Avstriya və Xorvatiyada investisiya imkanları ilə tanış olmaq və potensial müştəri və tərəfdaşlarla yeni işgüzar əlaqələr yaratmaq imkanı əldə edəcəkdir.

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası sifarişçinin tələblərindən asılı olaraq işgüzar missiyaların hazırlanması və həyata keçirilməsi üçün tam xidmət növlərini təqdim edir:

- sifarişçinin fəaliyyət sahələrinə uyğun olaraq, potensial tərəfdaşların fərdi seçimi;

- sifarişçinin texniki şərtlərinə uyğun olaraq, biznes missiya proqramının hazırlanması;

- işgüzar danışıqların həyata keçirilməsi üçün məkanların təşkil olunması;

- Sloveniyada fəaliyyət göstərən müəssisələrə, şirkətlərə səfərlər, B2B görüşlərin təşkili;

- keçirilən tədbirlər zamanı müşayiət edən koordinator xidmətinin təşkili;

- tərcümə xidmətlərinin göstərilməsi.

 

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının çoxillik təcrübəsi və geniş tərəfdaş bazası şirkətləri Avropa İttifaqı bazarlarına çıxarmaq üçün bir neçə kompleks həllərdən istifadə etməyə imkan verir:

  • Sloveniyada keçiriləcək aşağıda qeyd olunan sərgi və tədbirlərə səfərlərin təşkili və iştirakın təmin olunması:

Tədbirin adı

Mövzu

1.

 « LOV»

Beynəlxalq Ovçuluq və Balıqçılıq Sərgisi

2.

« NATURO »

Beynəlxalq Aktiv İstirahət və Əyləncə Sərgisi

3.

« MEGRA »

Beynəlxalq Tikinti, Enerji, Tikinti Materialları Sərgisi

4.

« GREEN »

Beynəlxalq Davamlı Texnologiyalar və Yaşıl Həyat Tərzi Sərgisi.

5.

« AGRA »

Beynəlxalq Kənd Təsərrüfatı və Qida Sərgisi.

6.

« INPAK »

Beynəlxalq Qablaşdırma, Qablaşdırma Texnologiyaları və Logistika Sərgisi.

7.

« SOBRA »

Beynəlxalq Təhlükəsizlik Sərgisi.

8.

« MEDICAL »

 Beynəlxalq Müdafiə, Təhlükəsizlik, Mühafizə və Xilasetmə Sərgisi.

 

  • Sloveniyaya biznes missiyaların təşkili.

 

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatası Sizi, Avropa İttifaqı bazarında uğurlu iş üçün gələcək strategiyanı müzakirə etməyə və əməkdaşlığa dəvət edir.

Əlavə məlumat əladə etmək üçün müraciət edə bilərsiniz:

Ervin Sadıqov -  Azərbaycan Ticarət və Sənaye Palatasının Sərgi və Reklam şöbəsinin müdiri

Tel.: +994 12 492 15 92,

Mob.: +994 50 223 20 12

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın