İspaniyaya tekstil sahəsi üzrə işgüzar səfər / 12-16 sentyabr 2024
Avropa Palataları Assosiasiyasının (EUROCHAMBRES) Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində həyata keçirilən EU4BCC: CONNECTING COMPANIES layihəsi tekstil, aksesuar və ayaqqabı sahələrində fəaliyyət göstərən kiçik və orta sahibkarlar üçün 12-16 sentyabr 2024-cü il tarixlərində İspaniyanın Madrid şəhərinə işgüzar səfər təşkil edir.
Səfər çərçivəsində sahibkarların “MOMAD Fashion Fair” sərgisində və B2B görüşlərdə iştirakını təmin etmək, Avropa İttifaqı ölkələrində fəaliyyət göstərən distribyutorlar, pərakəndə satıcılar və potensial alıcılarla tərəfdaşlıqların qurulmasına yardım etmək nəzərdə tutulub. Bundan əlavə, iştirakçılar yeni bazara çıxış, tənzimləmə, tələblər, strategiyalar barədə Aİ standartları ilə yaxından tanış olacaq, ixrac üçün beynəlxalq meyarlarla bağlı zəngin məlumat qazanmaq imkanı əldə edəcəklər. Bildirmək istərdik ki, səfərin bütün xərcləri (aviabilet, otel, daxili transport) təşkilatçılar tərəfindən ödənilir.
Diqqətinizə çatdırırq ki, işgüzar səfərdə yalnız ingilis dilini sərbəst bilən və layihə menecerləri tərəfindən təsdiq olunan nümayəndələr iştirak etmək imkanı əldə edəcəklər.
Tədbirdə maraqlı olan nümayəndələrdən bizimlə əlaqə saxlamaları xahiş olunur.
Tel.: +99412 492 8912
E-mail: expo@chamber.az