Onlayn İxrac Akademiyası Şərq Tərəfdaşlığı

Avropa Palataları Assosiasiyasının (EUROCHAMBRES) Şərq Tərəfdaşlığı layihəsi çərçivəsində həyata keçirilən EU4BCC: CONNECTING COMPANIES layihəsi kiçik və orta sahibkarlar üçün 16-24 may 2023-cü il tarixlərində Onlayn İxrac Akademiyası təşkil edir.

KOS-lar üçün nəzərdə tutulan Onlayn İxrac Akademiyası Şərq Tərəfdaşlığı (ŞT) ölkələrinin kiçik və orta müəssisələrinə öz bizneslərini beynəlxalq miqyasda inkişaf etdirmək və Aİ-yə ixrac həcmini artırmaq imkanı yaradacaqdır. İxrac Akademiyası təcrübəli mütəxəssislərin rəhbərlik etdiyi 5 onlayn seminardan ibarət olacaq. Bundan əlavə, həm ŞT, həm də Aİ-dən olan KOM-lar arasında onlayn işgüzar görüşlər təşkil ediləcəkdir.

Tamamilə ödənişsiz olan Akademiyada iştirakı təsdiq etmək üçün nümayəndələrdən müəssisələrinin hüquqi statuslarının sürətini təqdim etməyi və aşağıda qeyd olunan linkdən 12 May 2023-cü il tarixinə kimi qeydiyyatdan keçmələri xahiş olunur.

https://web-eur.cvent.com/event/b3c7c3ce-c6e4-491b-a103-11552b48d7b0/regProcessStep1

Tədbir haqqında daha ətraflı məlumat almaq üçün linkə keçid edə bilərsiniz.

https://connectingcompanies.eu/index.php/opportunities/export-academy-for-smes/

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın