Gələcəyin mühəndisləri - 2021

Bildiririk ki, 27 iyun - 4 iyul  2021-ci il tarixlərində Rusiya Federasiyasının Tula vilayətində “Gələcəyin mühəndisləri - 2021” adlı 10-cu beynəlxalq gənc sənayeçilər forumunun keçirilməsi planlaşdırılır. Forumda 1500-dən çox istedadlı və perspektivli gənclərin, o cümlədən Rusiyanın və Avropanın qabaqcıl sənaye şirkətləri rəhbərlərinin, ali təhsil müəssisələrinin rəhbərlərinin, Rusiya Federasiyası diplomatik korpusunun nümayəndələrinin və digər yüksək səviyyəli şəxslərin və iş adamlarının iştirakı nəzərdə tutulmuşdur.

Forumda gənclərlə birlikdə maşınqayırma sahəsi üzrə layihələrin planlaşdırılması və həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq və gənc sənayeçilər sahələrə görə istiqamətləndiriləcəkdir. 

Forum haqqında ətrafllı məlumat http://enfuture.ru saytında yerləşdirilib.

 

Tədbirlə bağlı əlavə məlumat almaq və ya iştirak etmək istədiyiniz təqdirdə əlaqə saxlaya bilərsiniz:

Vorobyov Yekaterina, tel.: +7 (499) 677-24-34 (daxili 218), e-mail: komitet@soyuzmash.ru

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın