16 may 2019-cu il tarixində Palatanın vitse-prezidenti Nazim Tatliyev ilə İspaniyanın Türkiyədəki səfirliyinin İqtisadi və Ticari nümayənədliyinin iqtisadi müşaviri xanım Şayeste Ekinci və beynəlxalq ticari məsləhətçi Victor Peral Uronesin görüşü baş tutdu. Görüş zamanı İspaniya və Azərbaycan iş adamlarının birgə işbirliyi, yeni layihələr, əlaqələrin genişləndirilməsi və digər iqtisadi məsələlər müzakirə olundu.

Qeyri neft sektoru, kənd təsərrüfatı, suvarma, tekstil və digər sahələrdə Palatanın üzvləri ilə yaxından maraqlanan Şayeste Ekinci gələcəkdə yeni layihələrlə bağlı təkliflər irəli sürdü. Nazim Tatliyev öz növbəsində, Palatanın hər sahədə əməkdaşlığa maraqlı olduğunu qeyd etdi.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın