Cari ilin 05 sentyabr tarixində Ukraynanın Kiyev şəhərində Ukrayna Ticarət və Sənaye Palatasının təşkilatçılığı ilə Avropa Palataları Assosiasiyası (Eurochambres)  Üzv Komitəsinin illik iclası keçirilib. Tədbirdə Avropa Palataları Assosiasiyasının prezidenti Kristof Leytl, vitse-prezidenti və TOBB-un prezidenti Rifat Hisarcıklıoğlu, baş icracı direktoru Arnoldo Abruzzini, o cümlədən, Gürcüstan, Montenegro, Bosnya-Hersogovina, Moldova, Belarus, Latviya ölkələrinin Ticarət və Sənaye Palatalarının nümayəndələri iştirak etmişlər.

Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının mütəxəssisi Vəsilə Alməmmədova tədbirdə iştirak edərək və AR TSP ilə münasibətlərin inkişafı və əməkdaşlıq məsələlərinin müzakirəsi ilə əlaqədar Avropa Palataları Assosiasiyasının rəhbərliyi, TOBB-un prezidenti və iclasda iştirak edən ölkələrin Palatalarının rəhbərləri ilə ikitərəfli görüşlər keçirmişdir.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın