5 may 2020-ci il tarixində İƏT TSP-nin (ECO CCİ) təşkilatçılığı və üzvlərinin iştirakı ilə videokonfrans həyata keçirilmişdir. Videokonfransda Türkiyə, Pakistan, Əfqanıstan, İran, Qazaxıstan və digər ölkələrin Palatalarının rəhbər nümayəndələri iştirak etmişlər.

Onlayn formada keçirilən rəsmi tədbirdə Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının prezidenti Niyaz Əli-zadə də iştirak edərək, COVİD-19 virusu ilə Azərbaycan hökümətinin apardığı mübarizə, həyata keçirdiyi tədbirlər, pandemiyanın ölkə iqtisadiyyatına təsiri və s. mövzularda çıxış etmişdir.

Eyni zamanda, videokonfrans çərçivəsində vacib suallar və gələcək əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın