Cari ilin 4 dekabr tarixində Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının Birinci vitse-prezidenti Niyaz Əli-zadə Eritreya Dövlətinin ölkəmizdə yeni təyin olunmuş Fövqəladə və Səlahiyyətli səfiri Tekley Minassie Asgedomu qəbul etmişdir. Görüşdə ölkələrimiz arasında əlaqələrin iqtisadi, ticarət, təhsil və digər sahələrdə daha da möhkəmləndirilməsi ilə bağlı məsələlər ətrafında və bu məsələlərdə Ticarət və Sənaye Palatalarının rolu barədə fikir mübadiləsi aparıldı.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın