28-30 iyul 2019-cu il tarixlərində Türkiyənin İstanbul şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatalarının (ECO CCI) 26-cı Komitə iclası və 17-ci Baş Assambleya iclası keçirilmişdir. Komitə iclasında qadın sahibkarlar, turizm, nəqliyyat, arbitraj, ticarət, sənayə və investisiya sahələrində komitələrin məruzələri dinlənilmiş və müzakirələr aparılmışdır. Tədbir çərçivəsində ilk dəfə olaraq Palatala Təlim Proqramı keçirilmişdir.

Əməkdaşlıq Təşkilatı Ticarət və Sənaye Palatalarının (ECO CCI) 26-cı Komitə iclası və 17-ci Baş Assambleya iclasında Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasını məsul nümayəndə Məzahir Hüseynov təmsil edib.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın