İpək Yolu ölkələrinin mallarının V sərgisi

       Azərbaycan Ticarət və Sənaye Palatası 19-20 sentyabr 2019-cu il tarixləri arasında Bakı İdman Sarayında (Bakı, Neftçilər prospekti, 26 A) keçiriləcək İpək Yolu ölkələrinin mallarının V sərgisinə dəvət edir.

       Sərgidə Şansi, Anhoi, Hubey, SUAR və Çinin digər bölgələrindəki istehsalçıları təmsil olunacaqlar, 60-dan çox stend olacaq. Sərgi kənd təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ev tekstili, istehsal avadanlıqları, kənd təsərrüfatı və tikinti texnikası, məişət texnikası, məişət əşyaları və s. kimi sahələri əhatə edir.

Sərgidə Çin malları ilə tanış olmaq və Çindən yeni təchizatçıları tapmaq imkanına sahib olacaqsınız.

Sərginin təşkilatçısı Azərbaycan Ticarət və Sənaye Palatasıdır, icraçısı “Huahe  İnterneşnl” Biznes Konsaltinq şirkətidir.

Sərgidə iştirak PULSUZDUR!
İştirak üçün müraciət edin:

Tel.: +86-991-3811816

Faks: +86-991 3679680

E-mail: external@huahechina.com

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın