Sinqapur Beynəlxalq Enerji Həftəsi 2019

Asiya-Sakit Oken Ticarət və Sənaye Palataları Konfederasiyasının (CACCİ) təşkilati dəstəyi və Sinqapur Enerji Bazarı İdarəsinin (EMA) təşkilatçılığı ilə 29 oktyabr – 1 noyabr 2019-cu il tarixlərində  Sinqapurda “Sinqapur Beynəlxalq Enerji Həftəsi 2019” (“Singapore International Energy Week 2019”) adlı dörd günlük tədbir keçiriləcəkdir.

Tədbirdə 70-dən çox ölkənin 13.000-ə yaxın enerji sahəsində ixtisaslaşmış nümayəndələri, o cümlədən nazirlər, beynəlxalq təşkilatların rəhbərləri iştirak edəcəkdir. Tədbirdə enerji məsələləri, bərpa olunan enerji, alternativ enerji və s. məsələlər müzakirə olunacaqdır.

Tədbir haqqında əlavə məlumat almaq üçün www.siew.sg saytını ziyarət edə bilərsiniz.

Hər hansı bir sual yaranıb?

Sizə daima dəstək olmağa hazırıq. Əlaqə üçün +994 12 492 89 12 nömrəsinə zəng edin

Əlaqə saxlayın